Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda siyasi situasiya gərgnləşəcək



Newscenter.az.16.06.2020. “Ermənistanda daxili siyasi vəziyyət mürəkkəbləşməyə doğru gedir. Çiçəklənən Ermənistan Partiyasının sədri Tsarukyanın tərəfdarlarının etirazı və onun ofisində yoxlamalar keçirilməsi, əsasən, ciddi mətləblərdən xəbər verir. Bu, Paşinyana qarşı qurulan çevriliş planın bir hissəsidir”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, məhz Paşinyanın baş qərargah, Milli Təhlükəsilzik və Polis rəhbərlərini işdən uzaqlaşdırması, eks-prezident L. T. Petrosyanla təcili görüşü, oliqarx Tsarukyanın ofisində yoxlamalar, sabiq DTK sədri Artur Vanetsyanın Paşinyan əleyhinə ardıcıl olaraq tənqidləri gedişatın əsas hissəsidir:

“Hazırda Artur Vanetsyan Rusiyadan birbaşa idarə olunur. Tsarukyan ilk öncə əhalini üsyana hazırlamalı və prosesi idarə edərək, ölkədə hərbi çevriliş etməklə sabiq DTK sədri Artur Vanetsyanın hakimiyyəti ələ keçirməsinə şərait yarada bilər. Hazırda Paşinaya qarşı ciddi rəqib və Rusiya tərəfindən stavka edilən Artur Vanatesyandır. Məhz güc rəhbərlərinin istefaya göndərilməsi, onların Vanetsyanla əlaqələri və çevrilişin hazırlanması mümkündü. Nikol Paşinyan cəld tərpənərək bu siyasi planın qarşısını müvəqqəti almış oldu”.

Politoloq deyib ki, Ermənistanda Paşinyana qarşı ciddi siyasi mübarizə formalaşır:

“Belə olan təqdirdə Paşinyanın Qarabağ məsələsində hər hansı bir kompromisə gedəcəyi mümkün görünümür. Paşinyana qarşı formalaşan bu cəbhə Moskva tərəfindən idarə edilərək onun hakimiyyətdən getməsinə hesablanıb. Paşinyan prosesləri ələ ala bilməsə onun siyasi hakimiyyətinin sonu ola bilər. Əgər, proseslərdə qalib çıxar və Qərblə əməkdaşlığı davam etdirər, daxili qrupları tam məğlub edə bilərsə, o zaman danışıqlarda müəyyən güzəştə gedə bilər. Amma, hazırkı məqamda Ermənistanda siyasi situasiya gərgnləşəcək. Siyasi münaqişə daxildə qızışacaq. Bu da Azərbaycana imkan verir ki, öz ərazilərini işğaldan azad etsin”.

Mehman
Xəbəri paylaş