Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Taksilərdə ön oturacaqda əyləşmək qadağandır



Newscenter.az.16.06.2020. “Taksi minik avtomobillərinin ön oturacağında əyləşmək qadağandır. İstisna ancaq o hallarda mümkündür ki, bir ailənin 3 üzvü səfər etsin”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə Dövlət Avtomibil Nəqliyyat Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova çıxış edib. O, bildirib ki, sürücülər müraciət edərək sərnişinlərin bəzilərinin etiraz etdiyini bildirirlər:

“Bu qaydalar xüsusi karantin rejiminin xüsusi qaydalarıdır. Bu qaydaları sürücülər müəyyən etmir. Əməl edək ki, tez bitsin və salonda istədiyimiz yerdə əyləşə bilək. Sürücülər qeyd edir ki, bəzi sərnişinlər rəsmi açıqlama istəyir. Bu da rəsmi açıqlamam”.

Anar
Xəbəri paylaş