Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Prezidenti ilə Dünya Bankının yeni vitse-prezidenti arasında videokonfrans keçirilib



Newscenter.az.17.06.2020. Dünya Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilib.

Videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov və Mərkəzi Bankın sədri Elman Rüstəmov iştirak ediblər.
Xəbəri paylaş