Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda koronavirusa yoluxanların sayı 11 mini keçdi



Newscenter.az.18.06.2020. Bu günə qədər Azərbaycanda 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Newscenter.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

Qeyd olunub ki, onlardan 6 192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 100 koronavirus testi aparılıb.
Xəbəri paylaş