Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada vətəndaşların sağlamlıqlarının təmin edilməsi məqsədi ilə tədbirlər davam etdirilir



Newscenter.az.18.06.2020. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, elan olunmuş xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.

Belə ki, polis əməkdaşları rayon ərazisində təqaüd və sosial müavinətlərin verilməsi ilə bağlı bankların qarşılarında yarana biləcək sıxlığı nəzərə alaraq həmin ərazilərə xüsusi nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər. Şöbə əməkdaşları tərəfindən həmin ərazilərə sakinlərin rahatlığını təmin etmək məqsədi ilə sosial məsafə gözlənilməklə stullar düzülüb, hava şəraiti ilə əlaqədar mütəmadi olaraq növbə gözləyən sakinlərə içməli sular verilir, tibbi maskası olmayanlara maskalar paylanılır.

Vətəndaşlar da onlara göstərilən bu diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.

Mehman
Xəbəri paylaş