Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB-dən deksametazon dərmanı ilə bağlı xəbərdarlıq



Newscenter.az.18.06.2020. "Deksametazon xəstəliyin kritik vəziyyətində istifadə edilir".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"O dərmanı profilaktik məqsədlə istifadə etmək qətiyyən olmaz. Çünki profilaktik istifadə edilərsə, immun sistemi tamamilə çökə bilər", - o bildirib.

Tibb eksperti Rəşad Mahmudov da deksametazon preparatlarını heç bir vətəndaşın ev şəraitində istifadə etməsini məsləhət görmədiklərini söyləyib.
Xəbəri paylaş