Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş Konsulluq: Türkiyədən Azərbaycana əlavə aviareyslər təşkil ediləcək



Newscenter.az.23.06.2020. İstanbul-Bakı marşrutu üzrə həyata keçirilən xüsusi aviareyslər "Azərbaycan Hava Yolları" (AZAL) şirkəti tərəfindən təşkil olunur. Sözügedən xüsusi uçuşların tarixi, sayı, ardıcıllıq intervalı ölkəmizdəki epidemioloji vəziyyət nəzərə alınmaqla AZAL tərəfindən müəyyən olunur. İstanbul-Bakı marşrutu üzrə həyata keçirilən xüsusi aviareyslər üzrə maliyyə şərtləri də AZAL tərəfindən müəyyən olunmaqdadır.

Bu barədə "Report"un Türkiyə bürosuna Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib.

Bildirilib ki, Azərbaycan vətəndaşlarının Vətənə dönmək üçün Baş Konsulluğa gəlməsinə ehtiyac yoxdur: "Onlar diplomatik korpusun telefonu, "qaynar xətt"i, elektron ünvanı və sosial şəbəkə hesabları vasitəsilə xüsusi uçuşlar barədə məlumat ala bilərlər. Eyni zamanda konsulluq vətəndaşlarımıza xüsusi uçuşların tarixi və aviareyslə bağlı digər məlumatları əldə etmək məqsədilə AZAL-ın rəsmi internet səhifəsi (azal.az) və sosial şəbəkə hesablarını izləməyi tövsiyə edir".

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında hava və quru sərhədləri bağlanıldığı gündən bəri mütəmadi olaraq çarter reysləri həyata keçirilir.
Xəbəri paylaş