Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda axtarışda olan şəxsdən narkotik götürüldü



Newscenter.az.23.06.2020
. Bakı sakinlərində narkotik vasitə aşkarlanılıb.

Sabunçu Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 14-cü Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, 1967-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vaqif Muradovun həyətindən çəkisi 80 qram olan 5 ədəd çətənə bitkisi, evindən 114,64 qram qurudulmuş marixuana və 19,849 qram çətənə toxumu aşkar olunaraq götürülüb.

Bundan başqa, Sabunçu RPİ Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228-ci (qanunsuz soyuq silah saxlama) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Kamran Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobilində saxlanılıb.

K.Əliyevin avtomobildən 18 ədəd bükümdə 3,661 qram heroin, 3 ədəd bükümdə 0,292 qram metamfetamin, onun sərnişini 1989-cu il təvəllüdlü Nicat Altayevdən 0,177 qram heroin aşkar edilərək götürülüb.

Daha sonra K.Əliyevin narkotik vasitəni əldə etdiyi 1972-ci il təvəllüdlü Hüseynqulu Dadaşov da müəyyən olunaraq saxlanılıb.
Xəbəri paylaş