Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusdan ölənlərin sayı 480 mini ötdü



Newscenter.az.24.06.2020. Dünyada koronavirusdan ölənlərin sayı 480 094 nəfərə çatıb.

“Report” xəbər verir ki, virusdan ən çox ölüm hadisəsi ABŞ (123 476), Braziliya (55 771) və Böyük Britaniyada (42 927) qeydə alınıb.

Dünyada indiyədək qeydə alınan yoluxma hallarının sayı isə 9 369 000-i ötüb.

Qeyd edək ki, Azərbaycanda COVID-19-dan ölənlərin sayı 167 nəfərdir. Ölkəmizdə indiyədək 13 715 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 7 503 nəfər sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş