Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan əraziləri diplomatik danışıqlarla geri verməyəcək



Newscenter.az.24.06.2020. “Azərbaycan ordusunun yüksək və çətin dağ şəraitində hərbi təlimləri birbaşa işğal olunmuş ərazilərin azad edilməsinə uyğun bir təlimdir. Yüksək və çətin şəraitdə dağlıq bölgədə təlimlərə ayrılan peşəkar bir briqada və tabor müvəffəqiyyətli şəkildə uğurlu hərbi əməliyyatlar keçirə bilər”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri dağlıqdır və burada ağır texnika və piyadaların döyüşü çətin olur:

“Ona görə də Azərbaycan ordusunda belə bir təlimlərin keçirilməsi mütləqdir. Qeyd edim ki, Ermənistan silahlı qüvvələri bir neçə ildir ki, bu kimi təlimlər keçirir. Azərbaycan gec də olsa bu təlimlərə başlayıb və bu sahədə ixtisaslaşan briqada lazımdır”.

Politoloq bildirib ki, Azərbaycan orudusu bundan sonrakı təlimləri də çətin relyefli ərazilərdə və dağlarda keçirməlidir:

“Adi düzənlik sahədə keçirilən təlimlər Qarabağda hücum əməliyyatları üçün effektli deyil. Qarabağ çətin relyefə və yüksək dağlıq əraziyə malikdir. Və burada ordunun irəlləməsi və minimum itki ilə çıxmaq üçün bu sahədə ixtisaslaşmış bölüklər lazımdır. Çünki Ermənistan tərəfi ümumiyyətlə əraziləri diplomatik danışıqlarla geri verməyəcək. Nə qədər ki, bu ölkə Rusiyanın forpostudur aparılan danışıqlar nəticəsiz olacaq”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan anti-Rusiya siyasətini davam etdirib, ölkəsində Rusiyanın təsirini zəiflədə bilərsə, Ermənistanla danışıqlarda müəyyən pozitiv irəlləyişlər ola bilər:

“Bunu açıq şəkildə qeyd etmək lazımdır. Hazırda bu Ermənistanda gözlənilmir. Ermənistanda Rusiya bazası və burada Rusiyanın siyasi dayaqları möhkəm olduğu üçün yalnız Azərbaycan güc yolu ilə müəyyən nəticə əldə edə bilər. Bu da ordumuzun döyüş qabiliyyətinin yüksək səviyyəsindən aslıdır”.

Mehman
Xəbəri paylaş