Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusu Cənubi Qafqazda güclü və döyüş hazırlığı yüksək olan ordu hesab olunur



Newscenter.az.26.06.2020. 1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-cı ildə - Azərbaycan Demokratik Respublikası dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ümummilli lider Heydər Əliyev verdiyi bu fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı.

Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda güclü və döyüş hazırlığı yüksək olan ordu hesab olunur.
Bu gün biz bilirik ki, hazırki mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur.

Günü-gündən hərbi qüdrətimiz artır və artmağa da davam edəcək.

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçiləri təbrik edir, onlara yeni qələbələr arzulayıram. Vətən uğrunda şəhid olanlara isə Allahdan rəhmət diləyirəm.

Müşfiq Cəfərov-Milli Məclisin deputatı
Xəbəri paylaş