Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentimizdən dünyaya sağlamlıq çağırışı



Newscenter.az.29.06.2020. Məlum olduğu kimi dünyanın 130-dan çox ölkəsi Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü dəstəkləyib. İlk dəfə olaraq BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş qlobal sessiyası keçiriləcək. Bu, Azərbaycanın dövlət başçısı İlham Əliyevin koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüsünün nəticəsidir. Bu, Cənab İlham Əliyevin beynəlxalq birliyə çağırışının bütün dünya ölkələri tərəfindən yekdilliklə dəstəklənməsi, Onun həmrəylik və birlik siyasətinə beynəlxalq səviyyədə verilən möhtəşəm dəyərdir. Beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük etimadın göstəricisidir.

Keçmiş millət vəkili bildirib ki, Azərbaycan Prezidenti təşəbbüskarlığı və liderliyi ilə və ilk çığır açan liderlərdəndir. Pandemiyanın sarsıdıcı zərbələri şiddətləndiyi dövrlərdə, mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında ilk videokonfrans keçirilməsi beynəlxalq ictimaiyyətə məlumdur. “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən həmin Zirvə görüşünü təşkil etməklə Azərbaycan etibarlı tərəfdaş ölkə kimi beynəlxalq etimadını təsdiqlədi. Siyasi nüfuzuna və strukturuna görə, BMT-dən sonra dünyanın 2-ci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının videokonfransına Azərbaycan Prezidenti bütün ölkələrə təxirəsalınmaz birgə addımlar atmaq mesajlarını verdi, bu çətin günlərdə bir araya gəlməyin həyacanını anlatdı.

Azərbaycan ötən aylarda beynəlxalq səviyyədə bütün ölkələrin mənafeyini düşündüyünü və həmrəyliyini heç kimdən əsirgəmədiyini nümayiş etdirdi. Yeni qlobal vəziyyətə çevik və adekvat reaksiya verdi. Dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatların qayğısına qaldığı bir vaxtlarda Azərbaycan Prezidenti virusla mübarizədə həmrəyliyə xüsusi önəm verməklə insan sağlamlığının hər şeydən üstün olduğunu göstərdi. Azərbaycan xalqının sağlamlığı ilə bərabər, bəşəriyyətin, bütün xalqların sağlamlığını düşünüərək insanpərvərliyini dünyaya nümayiş etdirdi, beynəlxalq həmrəyliyə dərin dəstək verdi, bütün dövlətləri və xalqları bir araya gətirən bəşəri insanlıq həmrəyliyini ortaya qoydu, Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil etməklə dünya müharibəsindən qurtarmaqda öz səylərini və imkanlarını əsirgəmədi, 30-dan çox ölkəyə insanlıq borcu göstərdi.

Bu gün Azərbaycan etibarlı tərəfdaş kimi bütün məsələlərdə hər zaman olduğu kimi yenə də ön cəbhədədir. İlham Əliyevin milli, regional və qlobal səviyyələri çoxtərəfli diplomatiya və həmrəylik nümunəsidir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun ünvanladığı məktublarda bu xüsusi etiraf edilir.

Azərbaycanın Prezidentinin yürütdüyü xoşməramlı siyasəti bütün ölkələr alqışlayır. Dünyanın ən nüfuzlu təşkilatların rəhbərləri, dövlətlərin başçıları Azərbaycan Prezidentinin bu təşəbbüskar Liderliyini etiraf edir, həyata keçirdiyi xüsusi təşkilatçılığın dünyada tətbiq olunmasını tövsiyə edir. Və BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi dünyanın Azərbaycana və onun rəhbərinə olan böyük və dərin etimadın, etibarın təsdiqidir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor
Xəbəri paylaş