Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyi İqdırda imkansız ailələrə yardım edir-FOTOLAR



Newscenter.az.30.06.2020. Dünyanı bürüyən koronavirus pandemiyası ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının daha mütəşəkkil və bir qədər də çevik fəaliyyəti üçün zərurət yaradıb. Belə ki, ayrı-ayrı təşkilat və cəmiyyətlərimiz fəaliyyət göstərdikləri ölkələrdə yaşayan soydaşlarımıza, eləcə də orada təhsil alan tələbələrimizə yardım edib, dəstək olublar.

Niderland Krallığında fəaliyyət göstərən Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyi isə təkcə bu Krallıqda deyil, eləcə də Avropanın digər ölkələrində, eyni zamanda Türkiyədə yaşayan soydaşlarımıza yardım edib. Dərnəyin sədri İlhan Aşkın Newscenter.az-a bildirib ki, rəhbərlik etdiyi təşkilat tərəfindən Fransada təhsil alan azərbaycanlı tələbələrə yardım edilib: “Həmçinin Türkiyənin İqdır bölgəsində yaşayan imkansız ailələrə pandemiya günlərində yüzlərlə ərzaq yardımı olan bağlamalar paylanıldı”. İlhan Aşkın deyib ki, rəhbərlik etdiyi təşkilatın yardım aksiyası hazırda da davam edir.

Anar
Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyi İqdırda imkansız ailələrə yardım edir-FOTOLAR
Xəbəri paylaş