Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xüsusi karantin rejimi daha iki həftə uzadılır



Newscenter.az.30.06.2020. “Nazirlər Kabineti yanında Operativ Qərargah Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarəti və diqqəti altında fəaliyyət göstərir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirus müharibədir və bu, davam edir: “5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilib. Bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər var. Bununla bağlı da məlumat veriləcək”.
Xəbəri paylaş