Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU-nun magistratura pilləsinə sənəd qəbulu onlayn aparılacaq



Newscenter.az.3.07.2020. 2020/2021-ci tədris ilində Bakı Mühəndislik Universitetinin (BMU) magistratura səviyyəsinə yeni qəbul olmuş tələbələrin sənədlərinin qeydiyyat prosesi koronavirus pandemiyası ilə əlaqədar olaraq onlayn formada həyata keçiriləcək.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, qeydiyyat prosesində tələb olunan sənədlərin onlayn qəbulu üçün sənədlərin skan edilmiş surətləri aşağıdakı ünvana göndərilməlidir:

e-mail: [email protected] (məsul şəxs-Abdurəhmanova Ülkər Sərdər qızı)
Sənədlərlə bağlı daha ətraflı məlumatları, o cümlədən universitetin hüquqi ünvanı və bank rekvizitləri haqqında informasiyaları qeyd edilən linkə (http://www.beu.edu.az/az/announcement/baki-muhendislik-universitetinin-magistratura-pillesine-daxil-olmus-bakalavrlarin-nezerine-46) daxil olmaqla əldə etmək mümkündür.

Qeydiyyat prosesinin 6 iyul tarixində başlaması və 15 iyul tarixində başa çatması nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, cari tədris ilində BMU-nun magistratura səviyyəsi üzrə qəbul planında yüksək göstəricilər qeydə alınıb və statistik nəticələrə əsasən qəbul planı 95 faizdən artıq dolub.

R.Mehdiyeva
Xəbəri paylaş