Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var



Newscenter.az.4.07.2020. ABŞ-ın Alabama ştatında atışma olub.

"Report"un məlumatına görə, bu barədə şəhər polisi bildirib.

Qeyd edilir ki, hadisə Huver şəhərindəki mağazalardan birində qeydə alınıb. İnsident zamanı 1 nəfər həlak olub, azı dörd nəfər yaralanıb. Qeyd edilir ki, ölən şəxs 8 yaşlı uşaqdır.

"Biz azı dörd zərərçəkmişin olduğunu təsdiq edə bilərik, hansıları ki, yerli xəstəxanalara çatdırdılar. Onların vəziyyəti indi məlum deyil", - xəbərdə deyilir.

Polisin məlumatına görə, hadisə "Rivershase Galleria" ticarət mərkəzində olub.

Atəş açanların sayı məlum deyil. Araşdırma aparılır.
Xəbəri paylaş