ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

YAP Gənclər Birliyinin təşəbbüsü ilə "Azərbaycanın qlobal təşəbbüsləri" mövzusunda videokonfrans keçirilib

4-07-2020, 13:26

YAP Gənclər Birliyinin təşəbbüsü ilə "Azərbaycanın qlobal təşəbbüsləri" mövzusunda videokonfrans keçirilib


Newscenter.az.4.07.2020. Bu gün YAP Gənclər Birliyinin təşəbbüsü ilə "Azərbaycanın qlobal təşəbbüsləri" mövzusunda videokonfrans keçirilib. Newscenter.az hakim partiyaya istinadən xəbər verir ki, videokonfransda Milli Məclisin deputatları Ramin Məmmədov, Sevinc Fətəliyeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, fövqəladə və səlahiyyətli səfir Fərid Şəfiyev və 80-dən çox YAP Gənclər Birliyinin fəal üzvü iştirak edib.

Videokonfransın moderatoru YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov çıxışında bildirib ki, Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ölkə daxilində insanların sağlamlığının qorunması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görməklə yanaşı, beynəlxalq miqyasda da uğurlu və vacib addımlar atır. Onun sözlərinə görə, dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi önəmli siyasi hadisədir. Azərbaycan regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə ilk gündən öz töhfəsini verməyə çalışıb. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət strategiyası ölkəmizi dünyada etibarlı tərəfdaş, sabit mövqeli dövlət kimi tanıdıb. Azərbaycan artıq dünyada qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur. Ona görə də Azərbaycanın hər bir təşəbbüsünə ciddi yanaşılır, etimad göstərilir. Təbii ki, burada cənab Prezidentin şəxsi nüfuzu çox mühüm amillərdən biri kimi çıxış edir.
Daha sonra videokonfransda çıxış edən Milli Məclisin deputatı, YAP Xarici əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda öz töhfələrini verdiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsinin buna sübut olduğunu vurğuladı. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Vacib məqam isə Azərbaycanın 30-dan çox ölkəyə humanitar yardım göstərməsidir. O ölkələr ki, onların buna ehtiyacı var. Həmin ölkələrin əksəriyyəti Qoşulmama Hərəkatının üzvüdürlər. Bununla da BMT-nin 130-dək üzv dövlətinin Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Bu fakt bir daha Azərbaycanın dünyada artan nüfuzunun əyani nümunəsidir.

Videokonfransda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, fövqəladə və səlahiyyətli səfir Fərid Şəfiyev pandemiyanın bütün dünyaya sürətlə yayıldığı bir zamanda – sərhədlərin bağlandığı, beynəlxalq tədbirlərin ləğv edildiyi, yaxın təmasların olmadığı bir müddətdə müasir texnologiyaların tətbiqi ilə əməkdaşlığın davamlılığını qorumağın zəruri olduğunu videokonfrans iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında Zirvə görüşlərinin, digər görüşlərin keçirilməsi onu sübut etdi ki, yaxın təmaslar olmadan da beynəlxalq əməkdaşlığı qurmaq və onu inkişaf etdirmək mümkündür. Azərbaycan Prezidentinin bu məsələdə liderlik keyfiyyətlərini ortaya qoyması, mötəbər beynəlxalq təşkilatların Zirvə görüşlərini keçirməsi sözsüz ki, pandemiya ilə mübarizədə dövlətlərarası, təşkilatlararası əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, bütün bunlar ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirir. Azərbaycan Prezidentinin bu təşəbbüsləri həm də dövlətimizin başçısının ulu öndərin əsasını qoyduğu və inkişaf etdirdiyi siyasətə sadiqliyinin göstəricisidir.

Sonda Yeni Azərbaycan Partiyası rayon (şəhər) təşkilatlarının Gənclər Birliyi sədrləri və fəal gənclər İman Ağayev, Ülvi Heydərov, Elvin İmaməliyev, Əhməd Əliyev, Hülya Məmmədli, Səid Musayev mövzu ilə əlaqədər fikirlərini bildirib, onları maraqlandıran məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Mehman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR