ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Deputat onlayn qəbul keçirdi - seçicilərini sərt karantin rejiminin şərtlərinə əməl etməyə çağırdı

5-07-2020, 18:27 | 300



Newscenter.az.5.07.2020. 96 saylı Goranboy - Naftalan seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov bu gün 20 - dən çox seçici ilə telefon bağlantısı vasitəsilə onlayn qəbul keçirib.

Newscenter.az-a daxil olan məlumata görə, onlayn qəbulda seçiciləri narahat edən məsələlər dinlənilib, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə əlaqədar olaraq pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib. Koronavirusla mübarizədə dövlətin göstərdiyi böyük səylər, atılan addımlar haqqında deputat ilk öncə seçicilərinə ətraflı məlumat verib, vəziyyətin daha da kritikləşməməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və qərarlarını ardıcıllıqla yerinə yetirmək, qoyulan qaydalara ciddi əməl etməklə həm özünü, həm də yaxınlarını xəstəlikdən qorumaq və ətrafdakıları risk altına qoymamaq üçün seçicilərlə fikir mübadiləsi aparılıb.

Qəbulda seçicilərin müraciətləri əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, hüquqi yardım və s. ilə bağlı olub. Deputat səsləndirilən müraciətlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirmişdir. Anar Məmmədovun sözlərinə görə, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcəkdir. Seçicilərin bir qisminin müraciətlərinin baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınmışdır.

Sonda qəbulda iştirak edən vətəndaşlar, görülən rayon və ölkə əhəmiyyətli bütün işlər üçün ölkə rəhbərinə təşəkkürlərini bildirdilər.

Mehman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR