ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Fövqəladə Hallar Nazirliyinin rəsmisi QHT sədrini ölümlə hədələdi

5-07-2020, 12:30 | 588



Newscenter.az.5.07.2020. İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Fövqəladə Hallar Nazirliyinin rəsmisi tərəfindən təhqir olunaraq ölümlə hədələnib.

Newscenter.az xəbər verir ki, bu barədə Samir Adıgözəlli özü facebook profilində məlumat paylaşıb. QHT sədrinin həmin fikirlərini təqdim edirik:

"Fövqaladə hallar naziri cənab Kəmaləddin Heydərova müraciət. Hörmətli nazir! Nəzərinizə çatdırmaq istəyirəm ki, sizin rəhbəri olduğunuz qurum barədə sosial şəbəkədə yazdığım tənqidi statusun altında nazirliyinizin Sahib Tarverdiyev adlı əməkdaşı məni ən kobud küçə söyüşləri ilə təhqir edib və sonra öldürüb, məhv edəcəyi ilə hədələyib.

Təşkilat sədrinin sözlərinə görə, araşdırdıqdan sonra məlub olub ki, Sahib Tarverdiyev rəhbəri olduğunuz qurumun Kadrlar İdarəsinin əməkdaşıdır:

"Cənab Prezident öz çıxışlarında medianın fəaliyyətinə böyük önəm verdiyini dəfələrlə bəyan edib. Jurnalistlərdən, Vətəndaş Cəmiyyətindən ictimai nəzarətin formalaşmasında fəal olmağı tələb edib. Bu o anlama gəlir ki, bizim sağlam tənqidlərimizi ölkə rəhbərliyi də təqdir edir. Belə olan təqdirdə, sizin əməkdaşlara kim bu haqqı verib ki, jurnalisti təhqir və təhdid etsinlər? Xahiş edirəm ki, əməkdaşınız Sahib Tarverdiyevlə bağlı ciddi tədbir görəsiniz. Əks təqdirdə, mən hüquqlarımın qorunması üçün hüquq-mühafizə və məhkəmə orqanlarına şikayət edəcəm".

P.S. Qarşı tərəfində məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR