Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbəti Ay tutulması başlayıb



Newscenter.az.5.07.2020. İlin üçüncü Ay tutulması hadisəsi başlayıb.

“Report” xəbər verir ki, yarımkölgəli Ay tutulması hadisəsi saat 09:52-də sona çatacaq.

Tutulmanın maksimumu saat 08:31-də müşahidə olunacaq.

Bu təbiət hadisəsini cənub-qərbi Avropa, Afrikanın və Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.

Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

Məlumat üçün bildirək ki, sonuncu, 4-cü Ay tutulması noyabrın 30-da baş verəcək.

Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (2-si Günəş, 4-ü isə Ay) müşahidə olunacaq.
Xəbəri paylaş