Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə gizli fəaliyyət göstərən idman zalı aşkarlandı



Newscenter.az.14.07.2020. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə,

BPİ-nin Post Patrul Xidmətinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən idman zalı aşkarlayıb.

Dərhal polis əməkdaşları tərəfindən “Fithouse” adlı trinajor zalının fəaliyyəti dayandırılıb. Zalda məşq edən Kamran Həsənli, İlqar Məmmədov, Səməd Yaqubov, Vüqar Məmmədov, Elçin Kərimov, Mehrin Nəcəfov barələrində isə qanunamüvafiq tədbir görülüb.
Xəbəri paylaş