Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda avtomobildə meyit aşkarlanıb



Newscenter.az.23.07.2020. Bakının Qaradağ rayonunda avtomobil parkında dayanan “Volvo” markalı yük avtomobilində meyit aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Qeyd edilir ki, nazirliyin "112" qaynar telefon xəttinə yük avtomobilindən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1977-ci il təvəllüdlü İqor Tasayeviçin meyitini nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Xəbəri paylaş