Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Ermənistan sərhədində erməni təxribatına qarşı yürüş-aksiya keçirilib-FOTOLAR



Newscenter.az.24.07.2020. Türkiyə-Ermənistan sərhəddində erməni təxribatına qarşı yürüş-aksiya keçirilib. Bu barədə Newscenter.az-a məlumat verən İqdır Azərbaycan Dərnəyinin sədri Sərdar Ünsal deyib ki, İqdırda fəaliyyət göstərən diaspora təşkilatları ilə keçirilən yürüş-aksiyada Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Milliyyətçi Hərakat Partiyasının (MHP) və İYİ Partiyanın yerli təşkilatları ilə yanaşı 25 qeyri-hökumət təşkilatının nümayəndələri də iştirak edib:

“Türkiyənin Ermənistanla sərhəd bölgəsi olan İqdırın mərkəzində toplanan aksiya iştirakçları əvvəlcə avtomobillərlə daha sonra piyada Əlican sərhəd-keçid məntəqəsinə doğru yürüş ediblər. Əllərində Türkiyə və Azərbaycan bayraqları tutan aksiya iştirakçıları "Səninləyik Azərbaycan!", "Qarabağ Türkdür, türk qalacaq" və "Erməni işgalina son!" süarları səsləndirdilər”.

Sərdar Ünsal deyib ki, Əlican səhəd-keçid məntəqəsində baş tutan aksiyada əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib:

“Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik süktla yad edildi. İştirakçlar adından etiraz bəyanatı oxunub. Bəyanatda təcavüzkar Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz şəhəri istiqamətində növbəti hərbi təxribatlar törətməsi və təxribat nəticəsində hərbiçilərimizlə yanaşı, mülki sakinlərin öldürülməsinə sərt etiraz bildirilib. Qeyri-hökumət təşkilatlarının təmsilçiləri bir daha bəyan ediblər ki, Azərbaycanın hər zaman yanındadırlar. Ölkəmz haqq mövqeyini həmişə müdafiə edəcəklərini qeyd edən iştirakçlar əllərindən gələn hər şeyi etməyə hazır olduqlarını iafadə edblər. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etmələri və işğalçılıq siyasətinə son qoymaları tələb olunub. Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olar iğid hərbişlərimizə Allah rəhmət diləyərək onların əziz xatirəsinin Azərbaycan və türk xalqının qəlbində əbədi yaşacağı bildirilib”.

Qeyd edək ki, aksiyanın sonunda Iğdır-Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası İğdır Azərbaycan Evi Dərnəyinin sədri Serdar Ünsal, Türkiyə Azərbaycan Dərnəyinin (TÜRKAZERDER) Iğdır şöbəsinin sədri İlteriş Kağan Taşkınsu, İSTAD İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin sədri Sefer Karakoyunlu və diğər təşkilatların rəhbərləri Əlican Sərhəd-keçid məntəqəsinin yaxınlığındakı Ermənistana etiraz əlaməti olaraq əraziyə qara əklil qoyublar.

Aksiyadan sonra çıxış edən Sərdar Ünsal deyib ki, qatil Ermənistanı qınayırıq: “Ermənistan hər zaman olduğu kimi təcavüzkar siyasətini davam etdirir. İndi də strateji əhəmiyyətə malik olan Tovuzu işğal etmək istəyirlər. Buna nə Türkiyə, nə də Azərbaycan izin verməyəcək. Azərbaycan güclü ordusuyla Ermənistana lazım olan cavabı verir”.

Anar
Xəbəri paylaş