Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Praqada azərbaycanlıların aksiyası keçirilib



Newscenter.az.25.07.2020. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalar keçirir.

Newscenter.az xəbər verir ki, paytaxt Paraqa şəhərində “Çex Respublikasındakı Azərbaycan İcması” təşkilatının təşkilatçılığı ilə soydaşlarımızın aksiyası keçirilib. Təşkilatın rəhbəri Eldar Vəliyevin verdiyi məlumata görə, ermənilərin Azərbaycanın Cex Respublikasındakı səfirliyinin binası qarşısına toplaşacağını eşidən soydaşlarımız dövlətimizə dəstəklərini ifadə etmək üçün buraya axın edib. Aksiyada Praqa, eləcə də Brno şəhərlərində yaşayan azərbaycanlılar iştirak edib. Təxminən 200-ə qədər azərbaycanlı güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçılıq siyasətinə və erməni təxribatlarına son qoyulmasını tələb edir.

Əllərində ermənilərin Azərbaycan Ermənistan sərhədinin Tovuz iatiqamətində törətdikləri təxribatlar zamanı həlak olan hərbçilərimizin şəkillərini daşıyan aksiya iştirakçıları çex və ingilis dillərində şüarlar səsləndiriblər.

Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb.

Soydaşlarımız səfirliyin binası qarşısında aksiyanı bitirdikdən sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər.

Mehman
Xəbəri paylaş