Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birgə təlimlərdə iştirak edən hərbçilər üçün bayram tədbiri təşkil olunub-VİDEO



Newscenter.az.31.07.2020. İllik plana uyğun olaraq ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinə cəlb edilən şəxsi heyət üçün Qurban bayramı tədbiri təşkil olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin və Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Qurban bayramı münasibətilə təbrikləri təlim iştirakçılarına çatdırılıb.

Hərbi qulluqçuların iştirakı ilə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub və xidmətdə fərqlənənlər həvəsləndirilib.
Xəbəri paylaş