ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Ərəb dünyasında ilk Atom Elektrik Stansiyası fəaliyyətə başladı

1-08-2020, 14:43



Newscenter.az.1.08.2020. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ərəb dünyasının ilk Atom Elektrik Stansiyası (AES) fəaliyyətə başlayıb.

“Report” “Emirates” xəbərlər agentliyinə () istinadən xəbər verir ki, Əbu-Dabi Əmirliyinin Əl Dəfrah bölgəsində yerləşən Bərakah AES-in 60 il ərzində elektrik enerji istehsal edəcəyi gözlənilir.

“Bu gün biz ərəb dünyasının ilk sülhməramlı nüvə enerjisi reaktorunun BƏƏ tərəfindən uğurla istismara verildiyini bəyan edirik”, – BƏƏ-nin vise-prezidenti və Baş naziri şeyx Məhəmməd bin Rəşid əl Məqtum bildirib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri Atom Elektrik Stansiyası istifadə edən dünyanın 33-cü, ərəb ölkələri arasında da birinci ölkədir. BƏƏ Nüvə Enerjisi Korporasiyasının rəhbəri Məhəmməd əl Hammadinin dediyinə görə Bərakah nüvə elektrik stansiyasının payına ölkə elektrik enerji istehsalının 25 faizinin düşəcək.

Bir nüvə elektrik stansiyası ildə 21 milyon ton karbon qazının havaya atılmasının qarşısını alır.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR