Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmaz polisi 174 aztəminatlı ailəyə bayram sovqatları paylayıb



Newscenter.az.1.08.2020. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları İslam aləmində ən müqəddəs bayramlardan olan Qurban bayramı münasibətilə rayonda yaşayan torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəif olan ümumilikdə 174 aztəminatlı ailəyə bayram sovqatları paylayıblar.

Newscenter.az xəbər verir ki, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə qurban payları və müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar təqdim edən polislər, onları təbrik ediblər.

Bayram ərəfəsində Xaçmaz RPŞ-i tərəfindən həyata keçirilən bu təşəbbüs vətəndaşlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar göstərilən bu diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, RPŞ-nin rəisinə və bütün polis əməkdaşları minnətdarlıqlarını bildirirlər.

Mehman
Xəbəri paylaş