Abşeronda 35 min manatlıq oğurluq edilib
Tarix: 12-08-2020, 13:32
Newscenter.az.12.08.2020. Abşeron rayonunda 4 evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 650 manat, 5 600 dollar, 100 avro pul, 24 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini Y.Əsgərov və Bakı şəhər sakini E.Əhmədov saxlanılıblar.