Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
Tarix: 13-08-2020, 16:32
Newscenter.az.13.08.2020. NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.