Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qarabağ at cinsi: Azərbaycan Respublikasının seleksiya nailiyyətləri” mövzusunda beynəlxalq videokonfrans təşkil edilib



Newscenter.az.13.08.2020. Rusiyadakı "Unicorn Challenge" şirkətinin baş direktoru Elvin İmanovun və "İpposfera" beynəlxalq atçılıq sərgisinin direktoru Yevgeniya Filipovanın birgə təşəbbüsü ilə beynəlxalq videokonfrans keçirilib.

Newscenter.az-a daxil olan məlumata görə, videokonfransda Ümumrusiya Atçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Aleksandr Zaytsev, Qarabağ cins atlarının yetişdiricisi, "Qarabağ cinsli atların Dövlət Damazlıq Kitabı"nın redaktoru Yaşar Quluzadə, AMEA-nın əməkdaşı Paşa Həsənli, İran İslam Respublikasının Atçılıq Federasiyası nəzdində Qarabağ cinsləri komitəsinin sədri İbrahim Xudabəndia, Təbriz Universitetinin baytarlıq fakültəsinin professoru Həsənəli Maxpeykar, ABŞ-da Qarabağ Atları Cəmiyyətinin sədri Samir Orucov, latviyalı rəssam Datse Ştrasse, Diasporla İş üzrə Dövlət Komitəsinin eksperti Teymur Atayev və başqaları çıxış ediblər.

Qarabağ cinslərinin tarixi barədə ətraflı məlumat verilib, layihənin maraq doğurduğu və pandemiya ilə əlaqədar karantin məhdudiyyətlərinin tamamilə götürülməsindən sonra müştərək işə başlamağın mümkünlüyü, Qarabağ atlarını yetişdirən azərbaycanlı icmalarının Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Atçılıq İdman Federasiyası ilə sıx əməkdaşlıq etməsinin vacibliyi bildirilib. "Qarabağ, eləcə də Dilboz cinslərinin yetişdirilməsi üzrə damazlıq proqramının yaradılmasının" aktual olduğuna diqqət cəlb edilib və Qarabağ at cinsinin mühafizə olunmasına dair təkliflər səsləndirilib.

Mehman
Xəbəri paylaş