Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada COVID-19-a 286 min yeni yoluxma aşkarlanıb



Newscenter.az.14.08.2020. Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Belə ki, son 24 saatda dünyada koronavirusa 286 min 713 yeni yoluxma və 6 713 ölüm faktı qeydə alınıb.

Bildirilir ki, dünyada COVID-19-a yoluxanların sayı 20 730 456-ya, ölənlərin sayı isə 751 154-ə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.
Xəbəri paylaş