Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Masallıda ağır yol qəzası baş verib, ölən və yaralananlar var



Newscenter.az.16.08.2020. Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza Sənaye Məhəlləsinin qarşısından keçən yolda qeydə alınıb.

"KamAZ" markalı avtomobil digər eynimarkalı yük maşınının yedəyini dartan zaman "VAZ 21011" markalı avtomobil ötmə əməliyyatı edərkən qəza baş verib. Minik maşını yedəyə ilişib. Nəticədə 2 nəfər hadisə yerində vəfat edib, 2 nəfər isə yaralanıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan birinin vəziyyəti daha ağırdır. Vəfat edənlər isə aidiyyəti üzrə təhvil verilib.

Hazırda ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş