Bu ilin 7 ayında DANX-a 635 müraciət daxil olub
Tarix: 20-08-2020, 10:54
Newscenter.az.20.08.2020. 2020-ci ilin yanvar-avqust ayları üzrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Facebook sosial hesabı üzərindən daxil olan ümumi müraciət sayı 635 olub.
Bu barədə məlumat Newscenter.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilib. Bildirilib ki, bunların 490-ı müraciət, 87-si şikayət xarakterli, 58-i isə qurumun səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı olub.
Sevinc