Qarabağa yeni hərbi prokuror təyin edildi
Tarix: 20-08-2020, 11:23
Newscenter.az.20.08.2020. Qarabağ hərbi prokuroru vəzifəsinə təyinat olub.
“Report”un əldə etdiyi məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə bu vəzifəyə Surxay Hüseynov təyin edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı “Report”a təsdiqləyiblər.