Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Aprel qazisinin probleminin həllinə dəstək oldu



Newscenter.az.30.08.2020. Hər kəsə yaxşı məlumdur ki, fəaliyyətə başladığım ilk gündən etibarən məcburi köçkünlərə, şəhid ailələrinə, müharibədə fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşmışam. Çünki onlar bu millət, xalq, torpaq uğrunda öz sağlamlığını qurban verib. Necə ki, şəhidlərimiz torpaq uğrunda öz canlarını fəda ediblər, qazilərimiz də sağlamlığını bu vətən yolunda fəda edib. Odur ki, belə qəhrəman vətən oğullarına olan qayğı hər zaman yüksək səviyyədə olmalıdır.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Anar Məmmədov qeyd edib ki, vətən və torpaq uğrunda fiziki sağlamlığını itirən şəxslərin, qəhrəman oğullarımızın ona ünvanladığı bütün müraciətlərdə həmin şəxslərə dəstək olmağa çalışıb:

"Ən əsası da ölkə başçısının istəyinə uyğun olaraq bir millət vəkili kimi sizlərin müraciətlərinizin həllini tapmasına birgə nail olaq. Bir neçə gün bundan öncə Goranboy rayonu Qaradağlı kənd sakini, Aprel qazisi İlham Əliyev bizə müraciət edərək səhhəti ilə bağlı köməklik göstərilməsini xahiş etmişdi. Nümayəndəmiz Elçin Cahangirov qazi İlham Əliyevlə görüşüb, səhhəti ilə maraqlanmış və bizi ətraflı şəkildə məlumatlandırıb. Biz də qazimizin səhhətinə lazımı tibbi köməklik göstərilməsi üçün Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalovla əlaqə saxladıq. Müraciətimizin həlli ilə bağlı çevik reaksiyaya görə və lazımı tibbi köməkliyi göstərdiyinə görə Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalova təşəkkür edirəm. İftixar Zeynalovun timsalında Azərbaycan səhiyyəsinin adını uca tutan xilaskar və fədakar həkimlərə əlləriniz var, başınız uca olsun deyirəm!
Və bir daha sonda bütün seçicilərimə səslənərək bildirmək istəyirəm ki, hər zaman yanınızda olacam və sizi narahat edən məsələlərin həlli üçün əlimdən gələni əsirgəməyəcəm".
Xəbəri paylaş