Prezident modul tipli hospitalın videoformatda açılışında iştirak edib
Tarix: 31-08-2020, 11:33
Newscenter.az.31.08.2020. Avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hospitalın videoformatda açılışında iştirak edib.