Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Liseylərə qəbulla bağlı müsabiqənin nəticələri bəlli olub



Newscenter.az.3.09.2020. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 374 şagird müvəffəq olub.
Onlardan 171 nəfər Texniki-Humanitar Lisey, 42 nəfər 2 nömrəli Texniki-Humanitar Lisey, 74 nəfər 147 nömrəli Texniki-Humanitar Lisey, 87 nəfər isə 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul olub.

Qeyd edək ki, şagirdlərin nəticələri valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Həmçinin müsabiqənin nəticələri barədə məlumatı valideynlər müraciət etdikləri təhsil müəssisələrindən də əldə edə bilərlər.

R.Mehdiyeva
Xəbəri paylaş