Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni tədris ilində yeni məktəb binaları istifadəyə veriləcək



Newscenter.az.4.09.2020. Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtda bir sıra məktəblər inşa olunub. Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, onlardan biri də rəsmi açılış mərasimi keçirilmiş 216 nömrəli tam orta məktəbdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş məktəb 624 şagird üçün nəzərdə tutulub. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otaqları, hərbi hazırlıq otağı, informatika kabineti, idman və akt zalları, kitabxana və yeməkxana istifadəyə verilib. Həmçinin məktəbdə videomüşahidə sistemi və fiber-optik internet quraşdırılıb.

R.Mehdiyeva
Xəbəri paylaş