Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq səfirdən senssasiyalı açıqlamalar: Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi layihələrə Azərbaycandan kimlər mane olmağa çalışıb?



Newscenter.az.7.09.2020. Pakistan İslam Respublikası Birləşmiş Qərərgah Rəisləri Komitəsinin rəisi ordu generali Nadim Raza Moskva şəhərində keçirilən tədbirdə Azərbaycan bayrağını götürərək ölkəmiz ilə həmrəylik nümayiş etdirib. 1991-ci ildə Azərbaycan yenidən müstəqillik əldə etdiyi ilk gündən etibarən Pakistan İslam Respublikası ölkəmizə dəstək göstərib və Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.

Newscenter.az xəbər verir ki, Azərbaycanla Pakistan arasında əlaqələrə diqqət çəkən ölkəmizin Pakistandakı keçmiş səfiri Daşqın Şikarov deyib ki,1996-cı ilin aprelin ayında Ulu Öndər Heydər Əliyev Pakistan İslam Respublikasının Prezidenti Fərrux Əhməd Xan Leqarinin dəvətilə bu ölkəyə rəsmi səfər edib və səfər çərçvəsində Azərbaycanla Pakistan arasında dostluq və əməkdaşlıq haqqında müqavlə, ticarət, vergi, səhiyyə, turizm sahələri daxil olmaqla 9 saziş imzalanıb. Sabiq səfir qeyd edib ki, Ulu Öndərin Pakistana rəsmi səfəri və imzalanan 9 saziş Pakistan-Azərbaycan əlaqələrinin gələcək inkişafında xüsusi rol oynayıb:

“2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsçoxluğu ilə Prezident seçilən cənab İlham Əliyev Uu Öndərin siyasi kursunu layiqincə davam etdirərək mövcud olan dostluq münasibətlərini daha da möhkəmləndirib və qardaşlıq səviyyəsinə qaldırıb. 2004-cü ilin iyul ayında Pakistan Prezidenti Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfəri, 2005-ci ilin aprel ayında Prezident İlham Əliyevin Pakistana rəsmi səfəri, 2012-ci ilin oktyabr ayında Pakistan Prezidenti Asif Əli Zərdarinin Azərbaycana işgüzar səfəri, 2015-ci ilin mart ayında Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri, 2017-ci il fevral ayında Prezident İlham Əliyevin Pakistana işgüzar səfəri və keçirilən görüşlər, imzalanan sazişlər ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin uğurlu inkişafına təkan verib. 2012 -ci ilin fevral ayında Pakistan İslam Respublikasının Senatı tərəfindən Xocalı soyqırımını tanıyan qətnamə qəbul olunub, Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunması tələb edilib. 2013-cü ilin oktyabr ayında Pakistan İslam Respublikasının Senatı tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan və erməni işğalını pisləyən növbəti qətnamə qəbul olunub. Sevindirici haldır ki qardaş dövlət və xalqlarımız arasındakı münasibətlərin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu olub”.

Daşqın Şikarov qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Pakistanın bütün əyalətlərində səhiyyə, təhsil sahələrində silsilə humanitar yardımlar proqramı icra edilib:

“Belə ki, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəb inşa olunub, “Edhi Home” kimsəsizlər evlərində, “Akbar Care” Serebral İflic İnstitutunda, Lakki Marvat Uşaq və Qadın, Peşavar “Kulsum İnternational” klinikalarında “Hepatit B” virusuna qarşı peyvəndlər və müayinələr, habelə açıq ürək əməliyyatları aparılıb, Saif Fonduna maddi yardımlar edilib. Eyni zamanda, Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və minlərlə qanköçürmə paketi hədiyyə edilib. Xayber göz klinikasının yeni blokunun və gözləmə otaqlarının inşasına, İslamabadda Talassemiya Mərkəzinin tikintisinə maliyyə və texniki yardımlar göstərilib. 2014-cü ildə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə Dera İsmail Xan bölgəsində “Heydər Əliyev su təchizatı”, 2015-ci ildə isə Qucarxanda “20 Yanvar şəhidləri su təchizatı” layihələri icra olunub və ərazidə yaşayan on minlərlə sakin içməli su ilə təmin edilib. Qeyd olunanlardan əlavə, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi və təşəbbüsü ilə 2012-2015-ci illər ərzində Ramazan və Qurban bayramları ilə əlaqədar Pakistanın paytaxtı İslamabadda, Ravalpindi, Fayzalabad, Peşavər, Karaçi, Lahor şəhərlərində və Pakistanın müxtəlif əyalətlərində əhalinin kasıb təbəqələri üçün iftar süfrələri təşkil olunub, həmçinin humanitar tədbirlər keçirilib, kimsəsiz uşaqlara və yaşlılara müxtəlif hədiyyələr təqdim edilib, qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılıb. Həmçinin, Pakistan İslam Respublikası Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən Al-Farabi əlillər evinə, 120 ədəd əlil arabası və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazımatlar hədiyyə edilib”.

Keçmiş səfir onu da diqqətə çatdırıb ki, Pakistanda həyata keçirilən humanitar layihələr Pakistan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilib və Pakistan xlqının qəlbində azərbaycanlılara qarşı əbədi məhəbbət yaradıb:

“Pakistanın tanınmış jurnalistləri tərəfindən Pakistan mətbuatında ölkəmiz haqqında yüzlərlə müxtəlif məqalələr dərc edilib, həmçinin, Pakistanda ən böyük universitetlərindən biri olan Allama İqbal Açıq Universitetinin tarix fakültəsi tərəfindən 2014-cü ildə nəşr edilən dərslik kitabının “Pakistan və Dünya Münasibətləri” bölümündə Ermənistan-Azərbaycan münasibətlərinə 6 səhifəlik yer ayrılıb. Dərslikdə Dağlıq Qarabağın tarixi, məsələnin gələcək perspektivləri, işğal olunmuş Azərbaycan ərazilərində hazırkı durum və bu kimi faktlar öz əksini tapıb. Yazının müəllifləri professor Fərhat Əkram və doktor Axtar Hüseyn indiki Dağlıq Qarabağ regionunun yerləşdiyi ərazinin tarixi Azərbaycan torpaqları olduğu və Kürəkçay sazişindən sonra ermənilərin bu ərazilərə məqsədli şəkildə köçürüldüyünü qeyd ediblər. Bildirilib ki, Gülüstan və Türkmənçay sazişlərindən sonra ermənilərin Azərbaycanın tarixi torpaqlarına məqsədli şəkildə kütləvi köçü başlayıb. Bu proses Rusiya imperatoru I Nikolayın “Ermənıstan Oblastinin yaradılması” haqqında müvafiq sərancamından sonra daha da güclənib. Nəticədə Azərbaycanın işğalından sonra on minlərlə erməni Qarabağ, İrəvan və Naxçıvana köçürülüb, təkcə 1828-1911-ci və 1914-1916-ci illərdə yüz minlərlə erməni dünyanın müxtəlif ölkələrindən Azərbaycana köçürülüb və bu proses sonralar davam etdirilib. Yazıda rus yazıçıları A.Qriboyedov və N.Şavrovdan sitatlar gətirilib. Tarixçilər ermənilərin 1905 və 1907-ci illərdə, həmçinin 1918-ci ilin mart ayında, 1992-ci ilin fevral ayında azərbaycanlılara qarşı soyqrım törətdiklərini bildirib, bu qanlı hadisələrin təfərrüatları barəsində dərslikdə məlumatlar öz əksini tapıb. Təsadüfü deyil ki Ermənistanın israrlı xahişlərinə baxmayaraq Pakistan dövləti Azərbaycan torpaqlarını işğal etdiyi üşün bu günə kimi Ermənistanla diplomatik münasibət qurmayıb”.

Daşqın Şikarov bildirib ki, Pakistan dövləti Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial layihələri yüksək qiymətləndirərək Fondun Prezidenti Mehriban xanımı 2012-ci ildə “Humanizm rəmzi - 2012-ci ilin qadını”, 2013-cü ildə “Şəhid Bənazir Bhutto” mükafatları, 2015-ci ildə isə “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edib:

“Təəssüf hissi ilə qeyd etməliyəm ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən geniş miqyaslı layihələr ermənilərlə yanaşı, Azərbaycan xalqına və dövlətinə düşmən kəsilən bəzi insanlar tərəfindən ikrah hissi ilə qarşılanıb, Fondun dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində keçirilən layihələrə mane olmaq məqsədilə dəfələrlə müxtəlif təzyiqlər göstərilib. Göstərilən təzyiqlərə əhəmiyyət vermədiyimi görən Azərbaycanı sevməyən qüvvələr 2014-ci ilin oktyabr ayında telefon açaraq Fondun xətti ilə keçirilən tədbirlərə son veriləcəyi təqdirdə müxtəlif şirnikləndirici vədlər verərək buna mane olmağa çalışıb, yox cavabı aldıqdan sonra ciddi problemlərlə qarşılaşacağımı bildiriblər. Qeyd olunan şirnikləndirici vədlər və təhdidlərlə bağlı 07.10.2014-cü il tarixində XİN-ə rəsmi məktub göndərərək Azərbaycan dövlətini və xalqını sevməyən bu insanların araşdırılmasını və ifşa olunmasını xahiş etmişdim. Bu gün 5-ci kalon üzvlərinin fəallaşması onu göstərir ki bu insanlar uzun müddət gizli fəaliyyət göstərib, imkan düşdükcə Prezidentə və dövlətə sadiq insanları ləkələməyə, aparılan islahatlara mane olmağa, ölkəmizin imicinə zərbə vurmağa çalışıblar. Ulu Öndərin "Kim harada olursa olsun, amma Vətəninə, dövlətinə, xalqına müxalifətdə olmasın" kəlamı ilə fikrimi yekunlaşdırıb, Azərbaycan dövlətinə, xalqına xəyanət edənləri, olkəmizin suverenliyinə xələl gətirənləri Uca Tanriya həvalə edirəm”.

NEWSCENTER.AZ
Xəbəri paylaş