Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputatı yolda saxlayan polislə bağlı tədbir görüləcək



Newscenter.az.8.09.2020. “Dünən yol polisi ilə yaşanan arzuolunmaz məsələ barədə yazmışdım. Bu gün Dövlət Yol Polisi İdarəsindən zəng oldu və xeyli müzakirə apardıq. Mövqeyimi bildirdim ki, söhbət məndən getmir, deputat da vətəndaş kimi bütün qanunlar qarşısında bərabərdir. Heç kim qanundan yox, qanun hər kəsdən üstündür. Məsələni ictimailəşdirməklə mövcud problemlərin həllinə diqqət çəkdik”.

Bu barədə Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev "Facebook" səhifəsindəki paylaşımında bildirib.

“Qaldırdığım məsələlərlə bağlı problemlərin araşdırılacağını dedilər və məlum polis nəfəri ilə bağlı da müvafiq tədbirlərin görüləcəyini vurğuladılar. Araşdırma gedir”, - partiya sədri qeyd edib.
Xəbəri paylaş