Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi layihəsinin icra edildiyi ərazilərə monitorinq səfərləri təşkil edir



Newscenter.az.9.09.2020
. Beynəlalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi ‘Həssas icmaların dayanıqlılığının gücləndirilməsi’ layihəsi çərçivəsində Quba, Qusar, Xaçmaz, Lənkəran və Zaqatala rayonlarına növbəti monitorinq səfərləri təşkil olunmuşdur.

Newscenter.az xəbər verir ki, səfər çərçivəsində dəstək göstərilmiş mikro sahibkarlıq fəaliyyərlərinə baxış keçirilmiş, benefisiarlara əlavə fərdi qoruyucu və təhlükəsizlik vasitələri təqdim edilmiş və eyni zamanda onlara əmək təhlükəsizliyinə dair ilkin təlimatlar verilmişdir.

Qeyd edək ki, BMqT-nin Azərbycan nümayəndəliyi 2017-ci ildən etibarən Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birgə ‘Həssas İcmaların Dayanıqlılığının Gücləndirilməsi’ layihəsini həyata keçirirdi. Layihənin məqsədi həssaslığı ilə seçilən əhali qruplarının sosial-iqtisadi rifahının artırılmasıdır. Layihə çərçivəsində həssas icmalara dəstək məqsədi ilə ilk öncə icmalar tərəfindən müəyyənləşdirilmiş şəxslərə kiçik biznesin inkişafı təlimləri keçilmişdir. Təlimlərdə iştirak etmiş icma üzvləri tərəfindən təqdim olunmuş və ekspertlər tərəfindən qiymətləndirmədən sonra seçilmiş uğurlu kiçik biznes planlarına maliyyə dəstəyin göstərilməsi vasitəsi ilə hədəf qrupları arasında özünüməşğulluq imkanlarının artırılması həyata keçirilmişdir.

Sevinc
Xəbəri paylaş