Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biləsuvarda avtomobildən 1 kq-dan çox heroin aşkarlandı



Newscenter.az.10.09.2020. Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhər sakini R.Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobil saxlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, avtomobilə baxış zamanı oradan 1 kiloqram 105 qram heroin aşkar edilərək götürülüb.

Sürücü və sərnişinləri - Bakı şəhər sakini E.Şərifov və Neftçala rayon sakini H.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş