Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Emin Hacıyev: "Türkiyə-Azərbaycan media platformasının yaradılması yeni bir mərhələnin ən uğurlu başlanğıclarından biridir”.



Newscenter.az.11.09.2020. “Bu gün cəmiyyətin keyfiyyət göstəricilərindən biri onun informasiya cəmiyyəti olmasındadır. Dünyaya inteqrasiyanın yolu da məhz informasiya platformalarından keçir. Bu mənada Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, eləcə də iri media qurumları rəhbərlərinin Türkiyəyə səfəri və qardaş ölkə ilə mediadan kino sektoruna qədər bir çox sahələrdə ortaq layihələrin reallaşdırılması üçün aparılan danışıqlar ciddi strateji hədəflərə hesablanıb”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Emin Hacıyev səsləndirib. O, qeyd edib ki, bu sahədə həyata keçiriləcək yeni layihələr hər iki ölkəyə qarşı yürüdülən qarayaxma kampaniyası ilə mübarizədə də ciddi rol oynayacaq:

“Beynəlxalq media ilə fundamental əlaqələri olan Türkiyə ilə qurulan bu əməkdaşlıq bizim üçün həm də o baxımdam əhəmiyyətlidir ki, bu bizə ciddi tərəfdaşlar da qazandıra bilər. Digər tərəfdən, ortaq media platformasının yaradılması türkdilli dövlətlərin birliyinə mühüm töhfə olar, ortaq türk dili məsələsini yenidən daha ciddi şəkildə gündəmə gətirər. Ümumiyyətlə, Türkiyə-Azərbaycan media platformasının yaradılması təşəbbüsünü alqışlamaq lazımdır, bu hər iki millətin informasiya siyasəti tarixində yeni bir mərhələnin ən uğurlu başlanğıclarından biridir”.

Anar
Xəbəri paylaş