Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mənzildən 21 600 manat pul oğurlandı

[/center]

Newscenter.az.12.09.2020. Şəkidə oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 8 000 manat, 8 000 ABŞ dolları və 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunan A.Abdulhəmidov, E.Rəsulov və S.Mustafayev saxlanılıb.
Xəbəri paylaş