Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəhruz Məhərrəmov: "Parlament sədrinin Türkiyəyə səfəri güclənməyimizi istəməyən qüvvələrə göz dağı, güc nümayişidir"



Newscenter.az.13.09.2020. "Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti Türkiyədə səfərdədir. VI çağırış Milli Məclisin heyətinin ilk xarici səfərini Türkiyəyə etməsi uzun illərdir ki, bir ənənə olsa da, pandemiya dövründə, səfərlərin məhdudlaşdırıldığı bir zamanda bu təmasın gerçəkləşdirilməsi özlüyündə ciddi siyasi yükə malik hadisədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Deputat qeyd edib ki, parlament rəhbərinin bu səfəri eyni zamanda Azərbaycana aşkar və gizli düşmənçilik edən, güclənməyimizi istəməyən qüvvələrə göz dağı, güc nümayişidir.

"Elə bir güc ki, mənbəyini eyni ruh, eyni dil, eyni kök, eyni qan, eyni milli kimlik, eyni inancdan, ən əsası isə haqq və ədalətdən alır".

Anar

Xəbəri paylaş