Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Ağdaşda yüksək nəticə göstərən abituriyentlə görüşüb, ona hədiyyə verib-FOTOLAR



Newscenter.az.14.09.2020. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov respublikanın ali təhsil məktəblərinə qəbul zamanı rayon üzrə ən yüksək nəticə göstərərək 663 bal toplayan M.Şeyxzadə adına İnternat tipli Texniki, Humanitar və Təbiət fənləri təmayüllü Gimnaziyanın məzunu Gülanə İsmayılova ilə də görüşüb.

Newscenter.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının binasında tətbiq olunan karantin rejiminin qaydalarına əməl olunmaqla baş tutan görüşdə tələbə adını qazanan Gülanənin atası Vüqar İsmayılov, təhsil aldığı Gimnaziyanın direktoru Şəhla Hacıbalayeva, YAP rayon təşkilatı Gənclər Birliyinin bir qrup fəalı iştirak edib.

Görüşü açan Cavid Osmanov rayon üzrə ən yüksək nəticə göstərdiyi üçün Gülanə İsmayılovanı təbrik edərək ona gələcək təhsilində uğurlar arzulayıb. Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı adından ona planşet hədiyyə olunub.

Çıxış edən Gülanə İsmayılova bu diqqətə görə minnətdarlığını bildirib, daxil olacağı ali məktəbdə də səylə oxuyacağını, vətənə layiqli övlad olacağını qeyd edib.

Görüşdə çıxış edən Gimnaziyanın direktoru Şəhla Hacıbalayeva, YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Teymur Əmirli və valideyin Vüqar İsmayılov görüşə görə minnətdarlıqlarını bildirərək qeyd ediblər ki, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb. Övladlarımız milli ruhda tərbiyə olunur, hərtərəfli təhsil alır, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi yetişirlər. Hər bir müəllim və valideyn fəxr edir ki, onun təhsil verdiyi şagirdi və övladı ən müasir şəraiti olan məktəblərdə təhsil alırlar. Şagirdlərimiz milli dəyərlərimizə, adət-ənənələrimizə, tariximizə hörmətlə yanaşan, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər kimi yetişirlər. Qürurlanırıq ki, təhsilimizə böyük diqqət və qayğı göstərən cənab Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi dövründə yaşayır və fəaliyyət göstəririk.

Anar
Xəbəri paylaş