ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

AzMİU-da memarlıq ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı başladı

16-09-2020, 13:02



Newscenter.az.16.09.2020. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə (I qrup) qabiliyyət imtahanı başlayıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, imtahanın ilk günündə 55 nəfər abituriyent qeydiyyatdan keçib. Qabiliyyət imtahanına Dövlət İmtahan Mərkəzinin məsul nümayəndələri Səbinə Vəliyeva, Fatimə Məmmədova, Fərəh Aslanova, eləcə də universitetin Memarlıq fakültəsinin müəllimləri nəzarət edir.

Universitetin İdman zalında təşkil olunan imtahan prosesində tələbələrin təhlükəsizliyi üçün bütün profilaktik tədbirlər görülüb, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib. Binaya daxil olan abituriyentlərin əvvəlcə elektron termometrlə bədən hərarətləri ölçülüb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunduqdan sonra maska taxaraq imtahan zalına buraxılıblar. Zalda iştirakçılar sosial məsafə gözlənilməklə 10 nəfərlik qruplar şəklində yerləşiblər. İmtahan tapşırığını yerinə yetirmək üçün abituriyentlərə 4 saat vaxt verilib.

Xatırladaq ki, 1-ci ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 229 abituriyent DİM-in saytında qeydiyyatdan keçib. Qabiliyyət imtahanının nəticələrdən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Münaqişə komissiyası yaradılıb. Onu da qeyd edək ki, abituriyentlərin tapşırıqları memarlıq ixtisası üzrə mütəxəssis hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin mütəxəssisləri, yaradıcılıq ittifaq¬larının üzvləri və DİM-in əmək¬daşları tərəfindən qiymətləndiriləcək.

R.Mehdiyeva

Oxşar xəbərlər
SON XƏBƏRLƏR