Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“AZƏRİQAZ”da yeni təyinat



Newscenter.az.16.09.2020. “Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikli olub. Rəşad Mübariz oğlu Cavadov Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi təyin edilib.

Newscenter.az-a İstehsalat Birliyindən verilən xəbərə görə, bu barədə baş direktor Ruslan Əliyev müvafiq əmr imzalayıb. Rəşad Cavadov bu təyinata qədər “Azəriqaz” İstehsalat Birliyinin Abonent bazasına xidmət şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsində çalışmış Hüseyn Şirinov isə bu günlərdə tutduğu vəzifədən azad edilərək Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Zaur
Xəbəri paylaş