Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda koronavirusa 146 yeni yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib



Newscenter.az.20.09.2020. Azərbaycanda koronavirus infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39 188 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib, aktiv xəstə sayı 1 858 nəfərdir.

Ölkədə son sutka ərzində 6 886, hazırkı dövrədək isə 1 054 792 test aparılıb.
Xəbəri paylaş