Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başlayıb



Newscenter.az.24.09.2020. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstana ilk rəsmi səfəri başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda nazir Gürcüstanın Xarici İşlər Nazirliyində gürcüstanlı həmkarı David Zalkaliani ilə görüş keçirir.

Görüşdən sonra XİN başçılarının birgə brifinqi olacaq.

C.Bayramov Gürcüstana birgünlük səfəri çərçivəsində həmçinin bu ölkənin prezidenti Salome Zurabişvili, baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, spikerin müavini Kaxaber Kuçava və parlamentin nümayəndə heyəti ilə də görüşəcək.

Nazir Tbilisidə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünü və Qəhrəmanlar meydanındakı memorial abidəni də ziyarət edəcək.
Xəbəri paylaş